Geologiya və yerin təki

İslamTağıyev, Beynəlxalq Ekologiya və Beynəlxalq Mineral Sərvətlər Akademiyalarının həqiqi üzvü

1938-ci ildən 2001-ci ilə  qədər  respublikada neft və qaz yataqları istisna olmaqla bütün faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı ilə, eyni zamanda çox mürəkkəb geoloji-tektoniki və geomorfoloji-hidrogeoloji quruluşa malik yerin təkinin geoloji quruluşunun kompleks öy- rənilməsi məqsədi ilə müstəqil Dövlət Komitəsi fəaliyyət göstərirdi. Bu Dövlət Komitəsinin geo- loji ekspedisiyaları və partiyaları Azərbaycanın müxtəlif ərazilərində ildə 100 min metr həcmin- də, dərinlikləri 300-500 metrə qədər sütuncuqlu buruq qazma işləri, ümumi həcmi 15-20 min m3, en kəsiyi 6.4 m2, dərinlikləri 500-1500 m olan horizontal dağ qazmaları, dərinlikləri 3000 m-ə qədər olan termal və sənaye sulara kəşfiyyat quyuları, geoloji, mühəndis-geoloji, hidrogeoloji planlama işləri eyni zamanda böyük həcmdə elektro kəşfiyyat, maqnit, seysmik, qravi kəşfiyyat geofiziki işlər yerinə yetirilirdi.

Azərbaycan geoloqlarının öz peşələrinə sadiqliyi və fədakarlığı nəticəsində respublikanın mövcud mineral xammal bazası yaranmış, o cümlədən filiz (dəmir, alunit, mis, sink, qurğuşun, kobalt, civə, molibden, qızıl) və qeyri-filiz yataqları (kükürd, gips, bentonit gilləri, dolomit, kvars qumu və s.) aşkar olunmuşdur. Bu yataqların xeyli hissəsi istismara cəlb olunmuş və Azərbaycan iqti- sadiyyatına öz töhfələrini verməkdədir.

Xüsusi qeyd olunmalıdır ki, bu işlər mürəkkəb çöl şəraitində yaşayış məntəqələrindən xeyli uzaq məsafələrdə yerləşmiş ərazilərdə aparılırdı. Mənimlə çiyin-çiyinə işləyən bu insanları heç vaxt unutmaram; bu insanların əksəriyyəti təqaüddədir və ya dünyalarını dəyişiblər.

Bu gün də, sabah da geologiya sahəsi iqtisadiyyatın və elmin aparıcı istiqamətlərindən biri olaraq qalacaqdır. Geologiya peşəsinin çətinliyi, böyük əziyyət tələb etməsi səbəbindən əfsuslar olsun ki, gənclərimiz keçmiş dövrlərə nisbətən çox az hallarda geologiya sahəsini seçirlər, bəziləri isə diplom aldıqdan sonra öz ixtisasları üzrə çalışmaqdan imtina edirlər. Baxmayaraq ki, son illərdə elmin, kosmonavtikanın, nanotexnologiyanın nailiyyətləri geologiya sahəsinə uğurla tətbiq edilir və dünya üzrə bu sahədə böyük na- iliyyətlər əldə edilməkdədir.

Bir neçə il əvvəl Rusiya Federasiyası Elmlər Akademiyasının alimləri bütün dünya alimləri tərəfindən qəbul edilmiş “Kosmik təqvim” tərtib edilmişdir.

Bu təqvimdə 500 il – 1 saniyə kimi qəbul edilmişdir.

“Kosmik təqvimə” görə :

1. “Böyük Partlayış”ın 1 yanvar 000 saat- da baş verməsi qəbul edilmişdir.

2.  Bizim Qalaktikamızın (Yer kürəsi) ya- ranması – 9 sentyabr

3. Bakteriyaların və göy – yaşıl yosunların əmələ gəlməsi – 9 oktyabr

4.  Fotosintez prosesi – 12 noyabr

5.  İlk hüceyrələr – 15 noyabr 6.Atmosferdə oksidləşmənin sürətlənməsi – 1 dekabr

7.  Marsda çox qüvvətli və güclü vulkan püskürmələri – 5 dekabr

8.   İlk balıqların əmələ gəlməsi (Ordovik dövrü) – 19 dekabr

9.   Yer kürəsində bitkilərin sürətli inkişafı (Devon dövrü) – 20 dekabr

10.  Quşların və yerdə sürünənlərin əmələ gəlməsi – 22 dekabr

11.  Dinozavrların yaranması – 24 dekabr

12.  İlk quşların yaranması  (Yura dövrü)–  27 dekabr

13. Rəngli bitkilərin əmələ gəlməsi və di- nozavrların məhvi – 28 dekabr

14.   Q IV (Dördüncü dövr) – 31 dekabr

15. İlk insanlar – 31 dekabr 2230 -da ya- ranmışlar.

Bu çox maraqlı, elmi tutumlu, dərin düşüncə və zəka tələb edən bir təqvimdir; çox böyük elmi əsərlərin nüvəsi hesab oluna bilər.

Deməli yer kürəsini (5 mld il) 5 milyard səhifəsi olan bir kitaba bənzətmək olar. Özü də bu kitabın dili və əlifbası da bu gün məlum deyil. Bu kitab saysız-hesabsız təbii kataklizmin fəsadlarından çıxıb. Kitabı oxumaq üçün onun hansı əlifba ilə yazıldığını bilmək və əlifbanı öyrənmək lazımdır. Kitabın bir neçə min səhifəsi tamamilə yoxa çıxmış, bir neçə min səhifəsi isə tam oxunmaz şəklə düşmüşdür. Elə səhifələr var ki, cəmi 5-6 söz və ya hərf qalıbdır.

200 ildir ki, bu kitabı bərpa etməyə başlayıblar və bu kitabın oxunması üçün hələ çox işlər görülməlidir.

Əfsuslar ki, hələ də bəzi adamlar (“mütəxəssis- lər”) hesab edirlər ki, geologiya sahəsinin öyrənilməsinin davam etdirilməsinə və ya bu prosesi sürətləndirməyə ehtiyac yoxdur.

1866-cı ildə alman zooloqu E.Hekkel ekologi- yanı müstəqil elm sahəsinə daxil etmişdi. Buna baxmayaraq ekologiya sahəsi uzun illər ərzində zoologiya və botanika elmlərinin tərkib hissəsi kimi qalmışdı.

Keçən əsrin 50-ci illərindən sonra II Dünya müharibəsinin fəsadlarını aradan qaldırmaq, dağıdılmış şəhər və kəndləri xüsusilə sənayenin maşınqayırma və metallurgiya sahələrini təmin etmək məqsədilə “Təbiətə qalib gələk” şüarı al- tında bütün dünyada çox böyük quruculuq işləri görüldü.

Bununla yanaşı məhz bu dövrdə insan təbiətə qarşı axıra kimi düşünülmüş siyasət yeritdi və təbiətə amansız divan tutdu. Bütün bunlar ətraf mühitin çirklənməsinə, biomüxtəlifliyin, insanın özünün bioloji və genetik tərkibinin pozulmasına səbəb oldu.

Son illərdə ekologiyanın çox böyük və müstəqil bir qolu inkişaf etmiş və “geoekologiya” elm sahəsi yaranmış və sürətlə inkişaf edir. Qrunt sularının səviyyəsinin dəyişmə dinamikasının nə- zarətdə saxlanması və proqnozlaşdırılması, torpaqların hərtərəfli qorunması, şoranlaşmasının və radiaktiv çirklənməsinin qarşısının alınması, dezaktivasiya və rekultivasiyanın başa çatdırılması və bir çox mürəkkəb məsələlər hələ öz həllini gözləyir.

Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013