Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib

Saatlıda 8 məktəbli mikroavtobusda dəm qazından zəhərlənib.
Hadisə Saatlının Qaranuru kəndində baş verib. Məktəbliləri dərsə aparan mikroavtobusda qəm qazının sızması baş verib. Zəhərlənən 8 məktəbli Saatlı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (apa)