Dəm qazı ölümə səbəb oldu

Dəm qazı yenə ölümə səbəb olub.
Hadisə Yevlaxda, İlqar Dəmirov küçəsində baş verib. 64 yaşlı Osman Ağayevin meyiti yaşadığı evin hamamında aşkarlanıb. Onun axımlı su qızdırıcısından ayrılan dəm qazından zəhərlənərək öldüyü bildirilib.
Osman Ağayev tək yaşadığı üçün hadisədən qonşular xəbər tutublar.
Abşeronda isə dəm qazından zəhərlənmə olub. baş verib. Hadisə Xırdalan şəhərində, Quşçuluq massivində qeydə alınıb. 19 yaşlı Təranə Əliyeva hamamda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.