Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyev idarə etdiyi “JAC” markalı yük avtomobili ilə piyada, 1935-ci il təvəllüdlü Mərdanov Paşa Hümmət oğlunu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəstəxanaya yerləşdirilən piyadaya tibbi yardımlar göstərilməsinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.