Azərbaycanda dekabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanda dekabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 5-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman gözlənilir. Mülayim qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.