Bakı-Quba-Rusiya yolunun kənarında yanğın başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Xezerxeber.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.