Bakının Nəsimi rayonda qətl hadisəsi baş verib

Dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.