Tərtərdə ölümlə nəticələnən cinayət hadisəsi törədilib

Yanvarın 1-də saat 01 radələrində Tərtər rayonu ərazisində rayon sakini, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat verilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs - 2009-cu il təvəllüdlü Fuad Quliyev polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktla bağlı araşdırma aparılır.