Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Balakəndə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, yanvarın 6-sı saat 19 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.