Ötən gün 56,6 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb

Yanvarın 6-da polis əməkdaşlarının respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 56,6 kiloqramdan çox narkotik vasitə və 700 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqram 282 qram heroin, 51 kiloqram 357 qram marixuana, 1,8 kiloqram tiryək, 1,2 kiloqram metamfetamin, həmçinin 700 ədəd metadon həbi olub.
Həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.