Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb

Yanvarın 18-də gözlənilən hava şəraiti açıqlanıb.
Yerveinsan.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5°, gündüz 6-9° olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək, gündüz 5-10°, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° olacaq.
Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.