Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Yerveinsan.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.