Şamaxıda zəlzələ qeydə alınıb

Pirqulu stansiyasından 12 km şimalda Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub.