Polis əməkdaşları ötən gün xeyli silah-sursat aşkarlayaraq təhvil götürüblər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 13 ədəd müxtəlif markalı tüfəng, 2 ədəd patron darağı və 14 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 2 ədəd tapança, 6 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 4 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.