Faktiki hava: Bəzi rayonlara qar yağıb

Yanvarın 27-si saat 15:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçayda, Bakıda və Abşeron yarımadasında isə səhər saatlarında arabir yağış yağıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvan Muxtar Respublikasında 2-9° şaxta, aran rayonlarında 3°-dək isti, dağlıq rayonlarda 5°-dək şaxta olub.