Prezident İlham Əliyev Azərbaycanın Bəhreyndə səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizin Manamada səfirliyinin maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməli, Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiqləməlidir.