Türkiyə XİN ABŞ-da baş verən hadisələrə münasibət bildirib
ABŞ-da prezident seçkilərindən sonra baş verən və bu gün nümayişçilərin Konqres binasına girməsi təşəbbüsünə qədər uzanan daxili prosesləri narahatlıqla izləyirik.
Bu ifadələr ABŞ-dakı vəziyyətlə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.
Açıqlamada ABŞ-dakı bütün tərəflər qarşılıqlı olaraq sağlam düşüncəyə dəvət edilir və ölkədəki daxili böhranın anlaşma əsasında aradan qaldırılacağına inam ifadə olunur.
ABŞ-dakı türkiyə vətəndaşlarının qarışıqlıq olan məkanlardan uzaq durması tövsiyə edilir.